“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli, 998-IIIQ nömrəli Qanununun (“Qanun”) 12.1-ci bəndinə əsasən, mənim haqqımda bugünədək tərəfinizdən toplanılan fərdi məlumatları yuxarıda göstərilən e-mail ünvanıma təqdim etməyiniz xahiş edirəm.
Bununla yanaşı, Qanunun 13.3-cü bəndinə əsasən, fərdi məlumatlarımın işlənilməsinə dair razılığımı geri götürürəm. Bununla əlaqədar olaraq sizdən xahiş edirəm ki, mənim fərdi məlumatlarımın işlənilməsini dərhal dayandırasınız və qanunla müəyyən edilmiş müddətdə həmin məlumatları məhv edəsiniz.
Qanunun 12.2-ci bəndinə əsasən, fərdi məlumatlarımı məhv etdikdən sonra bununla əlaqədər zəruri tədbirlərin görülməsini təsdiqləyən müvafiq sənədləri təqdim etməyiniz xahiş olunur.
Nəzərinizə çatdırıram ki, mülkiyyətçi və ya operator subyektin sorğusu əsasında fərdi məlumatlarla əlaqədar zəruri tədbirlər (məlumatın toplanılmasına və işlənilməsinə qadağan qoyulması və s.) görməli, həmin tədbirlər barəsində əvvəllər bu subyektə dair fərdi məlumatların ötürüldüyü üçüncü şəxsə 3 iş günü müddətində məlumat verməlidir.
Qanunun 12.4-cü maddəsinə əsasən, mülkiyyətçi və ya operator subyektin verdiyi sorğuya daxil olduğu gündən ən geci 7 iş günü keçənədək cavab verməlidir.
İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
Onu da nəzərinizə çatdırıram ki, yuxarıda göstərilən müddətdə cavab alınmadığı təqdirdə Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət etmək hüququmu özümdə saxlayıram (imzalanmamış şikayəti əlavə edirəm).